21 fevral 2023-cü il tarixdə Xətai rayonunda məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirildi.
Ölkə rəhbərinin tapşırığına əsasən əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən səyyar görüşlər zamanı əhalini narahat edən problemlər yerindəcə öyrənilir və operativ həll edilir. Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 21 fevral 2023-cü il tarixdə Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin binasında Xətai rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri sonda vətəndaşların müraciətlərini dinlədi.
Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü və aidiyyəti üzrə müraciət olunacağı bildirildi.