15 iyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rayon Mədəniyyət və Turizm şöbəsinin, Bartaz kənd uşaq musiqi məktəbinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummili Liderin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.
Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra xor ansamblının ifasında Dövlət Himni səsləndirildi.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək 15 İyun Milli Qurtuluş Günü münasibətilə rayon ictimaiyyətini təbrik etdi və bu günün tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, qətiyyəti, uzaqgörənliyi, cəsarətli və müdrik siyasəti sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı, ölkəmizdə sabitlik və əmin-amanlıq yarandı. Natiq çıxışında Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmaqda davam etdiyini, tezliklə öz ata-baba yurdumuza qayıdacağımıza əminliyini bildirdi.
Musiqi məktəbinin şagirdlərinin hazırladıqları bayram əhval-ruhiyyəli çıxışlar, musiqi nümunələri, kompozisiyalarla davam edən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.