28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi
Mayın 27-də Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zəngilan şəhər musiqi məktəbinin zalında 28 May – Respublika Günü ilə əlaqədar təntənəli tədbir keçirildi. Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar nitq söylədi. Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən, xalqımızın qədim dövlətçilik ənənələrindən danışan natiq, müstəqilliyin qorunub saxlanmasının onu qazanmaqdan daha çətin olmağından, ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qorunub saxlanılması üçün görülən işlərdən danışdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti ilə möhkəmlənən və bu gün ölkə prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasəti sayəsində dünyada tanınan dövlətimizin müstəqilliyinin əbədi olduğuna inamını bildirdi.
Bayram tədbirinə 28 May – Respublika Gününə həsr olunmuş konsert proqramı ilə yekun vuruldu.