Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərlə səyyar görüşlər davam edir

17 may 2016 | 16:00

Təsdiq edilmiş qrafikə uyğun olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu may ayının 17-də  Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimya istilik quraşdırma idarəsinin inzibati binasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi.
Qəbul zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sakinlər əsasən məskunlaşdıqları ərazidəki ümumi istifadədə olan elektrik şitinin istifadəyə yararsız və təhlükəli vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunmasını, məskunlaşdıqları yerin zirzəmisində yığılıb qalmış məişət tullantılarının təmizlənməsini xahiş etdilər.
Allahverdiyev Ağa İmamalı oğlu 1993-cü ildə Qarabağ döyüşlərində yaralandığını, lakin buna dair sənədlərin olmaması səbəbindən status ala bilmədiyini qeyd edərək status verilməsində ona lazımi köməklik göstərilməsini, başqa bir sakin maddi imkanı zəif olduğu üçün yardım edilməsini xahiş etdi.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin isə həlli nəzarətə götürüldü və müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər