Növbəti yubiley qeyd edildi
20 may 2016-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində işinə bağlılığı, bacarığı, vicdanlı xidməti ilə rayon ictimaiyyətinin dərin hörmətini qazanmış Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Murad Rəhimovun 60 illik yubileyi qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yubilyarı ürəkdən təbrik edərək, ən xoş arzularını çatdırdı. Rayon rəhbəri çıxışında Murad Rəhimovun əmək fəaliyyətini, bacarığını, sakinlərlə münasibətini yüksək qiymətləndirərək onun iş üslubu, təşəbbüskarlığı ilə seçildiyini bildirdi. Yubilyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan Rayon İcra Hakimiyyətinin məsul işçiləri Murad müəllimə ən səmimi arzularını bildirdilər, onun müsbət mənəvi keyfiyyətlərindən, xidmətlərindən söz açdılar.
Sonda yubilyar deyilən xoş sözlərə, təbriklərə , ona və kollektiv üzvlərinə göstərilən böyük diqqət və ehtirama görə minnətdarlığını bildirdi.