Avropalı jurnalistlər məcburi köçkün şəhərciyində
19 may 2016 | 16:00
Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Polşa Respublikasının İctimai televiziyasının bir qrup jurnalisti 19 may 2016-cı il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinə gəlmişlər.
Qonaqlar ərazidə yerləşən Rayon Tarix Diyarşünaslıq Muzeyində, 33 nömrəli tam orta məktəbdə, “Şəfəq” uşaq bağçası-körpələr evində və məcburi köçkün Vəli Quliyevin ailəsinin məskunlaşdığı mənzildə olmuş, köçkünlərlə söhbət aparmışlar.
Nümayəndə heyətini Azərbaycan Respublikası Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov müşayiət etmişdir.
Sonda jurnalist qrupu görüşdən razı qaldıqlarını bildirmişdir.