2025-ci ilin mart-aprel aylarında Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən Zəngilan rayon 1, 19, 23, 29 və 34 nömrəli məktəbində sosial şəbəkələrin faydaları və zərərləri barədə maarifləndirici tədbirlər keçirildi.
11 aprel 2025 | 11:36
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planına əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları 2025-ci ilin mart-aprel aylarında Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən Zəngilan rayon 1, 19, 23, 29 və 34 nömrəli məktəbində şagirdlər arasında uşaq hüquqlarının təbliğini, onların internet mübadiləsi və kommunikasiyanın ən çox yayıldığı məkan olan sosial şəbəkənin faydaları və zərərləri barədə maarifləndirici tədbirlər keçirildi.