Torpaq uğrunda ölən varsa vətəndir
14 aprel 2012 | 15:00
13 aprel 2012-ci il tarixdə Nizami rayon 238 saylı tam orta məktəbin akt zalında Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Bayramov Pərviz Həsi oğlunun anım gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra şəhidin təhsil aldığı 29 saylı tam orta məktəbinin direktoru M.Məmmədov onun həyat yolundan danışdı .
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov çıxış edərək , şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu ,onların ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcu olduğunu qeyd etdi.