Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Qanlı və Şanlı tarix” adlı rayon tədbiri keçirildi.

19 yanvar 2026 | 14:24

19 yanvar 2026-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində Xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixi, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Qanlı və Şanlı tarix” adlı rayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov,  YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, ictimai təşkilatların yerli rəhbərləri, məktəb direktorları, rayon ziyalıları, şəhid ailələri və qazilər iştirak etdilər.

İlk olaraq  Zəngilan Mədəniyyət evinin foyesində rayonun məktəblərində təhsil alan şagirdlərin hazırladığı 20 Yanvar faciəsinə həsr olunmuş şəkillərdən ibarət sərgiyə baxıldı. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayan ümumrayon tədbirində  faciənin tarixindən bəhs edildi.  20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvarda doğulanlar” qısametrajlı sənədli film nümayiş olundu.

 

Keçidlər