20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Azadlığa gedən yol” adlı rayon tədbiri keçirildi.
17 yanvar 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Azadlığa gedən yol” adlı rayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, ictimai təşkilatların yerli rəhbərləri, rayon ziyalıları, şəhid ailələri və qazilər iştirak etdilər.
İlk olaraq Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıldı. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində faciənin tarixindən bəhs edildi.
Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsini əks etdirən kompozisiya nümayiş etdirildi.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olundu.