20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ”20 yanvar–Ümumxalq hüzn günü” mövzusunda rayon tədbiri keçirildi.
19 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində, rayonun ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ”20 yanvar–Ümumxalq hüzn günü” mövzusunda rayon tədbiri keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Zəngilan rayon təşkilatının əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimai təşkilatların yerli rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində faciənin tarixindən bəhs edildi.
Rayon ümumtəhsil məktəblərində məktəblilərin iştirakı ilə 20 Yanvar faciəsini əks etdirən kompozisiyalar təqdim edildi.
Rayon tədbirinin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş olundu.