Şriftin ölçüsü :

Saytın rəngi :

20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon tədbiri keçirildi

18 sentyabr 2026 | 17:40

Sentyabr ayının 18-də Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları və hərbi rəhbərlər,  partiya fəalları, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdi.

Tədbir  Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 20 Sentyabr – Dövlət Suverenliyi Gününün ilə bağlı geniş məlumat verərək bildirdi ki, Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı törədilmiş faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi. 2020-ci ilin payızında Vətən müharibəsindəki tarixi Qələbə ilə işğala son qoyulması və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

Rayon rəhbərinin nitqindən sonra RİH başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda şöbə müdirinin müavini, sektor müdiri  Kəmaləddin Məmmədov mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Daha sonra YAP Zəngilan rayon təşkilatının sədr müavini Tutu Kamalqızı, Zəngilan RİH başçısının Şayıflı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi - ev təsərrüfatlarının uçotu işinin aparıcısı Zamiq Allahverdiyev, Zəngilan rayon 26 nömrəli məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Fuad Hüseynov məruzə ətrafında çıxışlar edərək tarixi gün münasibətilə hər kəsi təbrik etdilər.

Sonda Dövlət Suverenliyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Keçidlər