20 oktyabr – Zəngilan şəhərinin və 6 kəndin azad olunması ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi.
20 oktyabr 2023-cü ildə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında Zəngilan şəhərinin və 6 kəndin azad olunması ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, aparatın məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Ənvər Məmmədov iştirak etdi.
İlk olaraq tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd etdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olmuşdur.
30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, gücləndik. Bizim bu qələbəni döyüş meydanında qazandığımızı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra mövzü ətrafında tədbir iştirakçılarının çıxışları davam etdi.