Şriftin ölçüsü :

Saytın rəngi :

20 Oktyabr Zəngilan şəhəri günü qeyd olundu

20 oktyabr 2025 | 15:48

20 Oktyabr Zəngilan şəhəri günü Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən qeyd edildi. Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasının akt zalında keçirilən tədbirdə ilk olaraq bizi bu şanlı tarixə qovuşduran şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov zəngilanlıların ən qürurlu günü barədə ətraflı çıxış etdi. Bildirdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi “Zəngilan şəhəri günü” kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. 1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İşğal dövründən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində rayonu erməni quldur birləşmələrindən təmizləməyə nail olub. Vətən müharibəsi yekunlaşandan dərhal sonra Zəngilan rayonunda sürətli yenidənqurma işlərinə başlanılıb. Hal-hazırda azad olunan ərazilərdə bərpa-quruculuq işləri,əhalinin tam köçürülməsi üçün işlər aparılır.

 

Keçidlər