Şriftin ölçüsü :

Saytın rəngi :

20 iyun 2023-cü il tarixdə Sabirabad rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

20 iyun 2023 | 16:19

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti qəbulu 20 iyun 2023-cü il tarixdə Sabirabad rayonunda məskunlaşan rayon sakinlər ilə keçirildi. Sabirabad rayonu, Güdəcühür köçkün qəsəbəsi, İcma Mədəniyyət klubunun akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.
Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Keçidlər