20 fevral 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 20 fevral 2024-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Müraciətlər əsasən Zəngilan rayonunda işlə təmin olunma, ünvanlı sosial yardım alınmasına köməklik göstərilməsi barədə oldu. Digər qaldırılan məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.