Şriftin ölçüsü :

Saytın rəngi :

“2 iyul- Azərbaycan Polisi Günü” ilə əlaqədar geniş rayon tədbiri keçirildi.

02 iyul 2025 | 11:49

02 iyul 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “2 iyul- Azərbaycan Polisi Günü” ilə əlaqədar geniş rayon tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Zəngilan rayon Polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov, YAP Zəngilan rayon təşkilatı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, QHT-lərin yerli nümayəndələri, qazilər, rayon ağsaqqalları, keçmiş polis əməkdaşları iştirak etdilər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir ümumilli lider Heydər Əliyevin habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Zəngilan rayon Polis şöbəsinin rəisi polis polkovniki Bəkir Cabbarov Respublika Daxili İşlər Naziri polis general polkovniki cənab Vilayət Eyvazovun polis işçilərinə təbriklərini çatdırdıqdan sonra məruzə ilə çıxış etdi.

Zəngilan Rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolunda yaratdığı dəyərli ənənələrdən, xüsusən Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanının  fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışdı.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını vurğlayaraq  işğaldan azad edilmiş rayon ərazisində polis əməkdaşlarının mövcud vəziyyətə uyğunlaşdığını asayişin və təhlükəsizliyin təmin edilməsində etibarlı xidmətin böyük əzm və peşakarlıqla davam etdirildiyini qeyd etdikdən sonra onlara çətin və şərəfli işlərində uğurlar arzuladı.

Daha sonra tədbir musiqili proqramla davam etdi.  

Keçidlər