Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral-Gənclər Günü münasibətilə 2023-cü ildə elm və digər sahələrdə yüksək nailiyyət qazanmış rayon gənclərinin mükafatlandırılması tədbiri keçirildi.

01 fevral 2024 | 18:16

  01 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri 28 May Mədəniyyət evində  Zəngilan rayon İcra Hakimiyyəti, Şərqi Zəngəzur Regional Təhsil idarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 02 fevral Gənclər günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Nizami Mönsümov, Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, Sumqayıt Regional Mədəniyyət və turizm idarəsinin müdiri Rəşad Əliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov iştirak etdi. İlk olaraq tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu. Sonra  Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam edilməsindən danışdılar. Həmçinin, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlar haqqında geniş danışıldı. Tədbirdə 2023-cü il ərzində Təhsil, Elm, Mədəniyyət və digər sahələrdə yüksək nailiyyətlər qazanmış gənclər Fəxri Fərmanlarla təltif olundu. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov  Zəngilan rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Nəcəfzadə Nəriman Dadaş oğlunu, Fizika və Astronomiya üzrə beynəlxalq olimpiadada gümüş medal qazandığına görə Quluzadə Harun Sahil oğlunu, Ali məktəblərə qəbul imtahanlarından 677 bal toplayaraq “Prezident təqaüdü”nə layiq görülmüş Qüdrətli Nihad Rəşad oğlunu, Zəngilan rayon 29 nömrəli tam orta məktəbinin şagirdi fənn müsabiqəsində qalib olmuş Nəsirli Əli Elxan oğlunu əldə etdikləri uğurlara görə onlara verilən Fəxri Fərmanları təqdim etdi.

 Tədbirin rəsmi hissəsindən sonra geniş konsert proqramı ilə yekunlaşdı.

 

 

Keçidlər