2 Fevral Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirildi.
01 fevral 2023-cü ildə Zəngilan rayon İcra Hakimiyyəti, YAP Zəngilan rayon təşkilatı və Zəngilan rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” münasibətilə tədbir keçirildi.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı
Tədbiri giriş sözü ilə açan Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan gəncinin Azərbaycanı layiqincə təmsil etdiyini və dövlətin, ölkə başçısının onlara göstərdiyi etimadı layiqincə doğrultmağa çalışdıqlarını diqqətə çatdırdı.
Sonra çıxış edənlər gəncləri “Azərbaycan Gənclər Günü” münasibətilə təbrik edərək, ölkəmizin uğurla həyata keçirdiyi dövlət siyasətində gənclər siyasətinin aparıcı yer tutduğunu bildirdi. Bu gün Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini, dövlətimizin mütərəqqi inkişafı və tərəqqisinə mühüm töhfələr verdiyini xüsusi vurğuladılar.
Sonda fəallığı ilə seçilən gənclər Fəxri Fərman ilə təltif olundu.