Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şərqi Zəngəzur regionu üzrə zona toplantısı təşkil olunub.

30 yanvar 2026 | 16:51

Toplantı yanvarın 30-da Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov açılış nitqi ilə çıxış edərək gəncləri 2 Fevral - Gənclər günü münasibətilə təbrik edib, Gənclər gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıb.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Zəngilan Rayon İcra Hakimiyyətinin sektor müdiri Şənlik Əliyev, YAP Zəngilan rayon təşkilatının sədr müavini Tutu Kamalqızı təbrik nitqi ilə çıxış ediblər.

Daha sonra 2 Fevral - Gənclər Gününə həsr olunan videoçarx iştirakçılara nümayiş etdirilib.

Sonda  Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının 2025-ci ildə müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gəncləri Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.

 

Keçidlər