Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı Şərqi Zəngəzur regionu üzrə Zona forumu təşkil olundu.

31 yanvar 2025 | 16:45

31 yanvar 2025-ci ildə Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində  forum keçirildi.

Zona forumu Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov açılış nitqi ilə çıxış edərək gəncləri 2 Fevral - Azərbaycan Gəncləri günü münasibətilə təbrik edərək, Gənclər gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışdı.

2 Fevral - Gənclər Gününə həsr olunan videoçarx forum iştirakçılarına nümayiş etdirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov təbrik nitqi ilə çıxış etdilər.

Daha sonra Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonunun müxtəlif sahələrdə nailiyyətlər əldə etdiyinə və səmərəli fəaliyyətinə görə bir qrup gənclər əlamətdar gün münasibətilə Regional Gənclər və İdman İdarəsinin Fəxri fərmanı ilə təltif edildi.

Tədbir bədii hissə ilə davam etdi.

Keçidlər