Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun Bakı üzrə zona birinciliyi keçirildi

30 aprel 2016 | 16:00

30 aprel 2016-cı il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Bakı üzrə zona birinciliyi keçirilmişdir.
Birincilikdə paytaxtın 11 rayonu ilə yanaşı, Şuşa, Laçın və Zəngilan  rayon komandası da iştirak etmişdir.
Rayonumuzu 26 nömrəli tam orta məktəb təmsil etmişdir. Hərbi-idman oyunları zamanı məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.
«Şahin» hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Keçidlər