Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon ictimaiyyətinə "Həyatla oyun" adlı teatr tamaşası nümayiş olundu

28 aprel 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq aprelin 28-də  Zəngilan rayon ictimaiyyətinə Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə hazırlanmış “Həyatla oyun” adlı teatr tamaşası nümayiş olundu.
Real həyatdan götürülmüş hadisələrin əks olunduğu tamaşada narkotik aludəçisi olan tələbələrin faciəli həyatından bəhs edilir.
Tamaşanın sonunda Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfov və Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan çıxış edərək mövzunun aktuallığından, ölkəmizdə gənclərin inkişafına geniş imkanlarının yaradılmasına baxmayaraq, bəzi gənclərin onların gələcək həyatını təhlükə altına salan addımlar atmasından danışaraq, maarifləndirici tədbirlərin həyata keçirilməsinin baş verə biləcək faciələrin qarşısının alınmasında müstəsna rol oynadığını vurğuladılar.

Keçidlər