Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu keçirildi
Müxtəlif bölgələrdə məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə mütəmadi olaraq keçirilən səyyar qəbullar davam edir. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu aprel ayının 26-da Abşeron rayonu, Masazır qəsəbəsində keçirildi.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisələrinin rəhbərləri və rayon sakinləri iştirak etdilər.
Rayon rəhbəri ölkənin sosial-iqtisadi inkişafı, qazanılan uğurlar, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin daima dövlətin diqqət mərkəzində olduğunu vurğuladı. RİH-nin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə sakinlərlə görüşlərin səmərəli nəticələrindən danışdı. Zəngilan rayonundan olan məcburi köçkünlərin yaşadıqları ərazilərdə keçirilən səyyar görüşlərdəki müraciət və şikayətlərin sayının ötən illərə nisbətən azaldığını qeyd etdi.
Daha sonra Zəngilan RİH-nin başçısı Ramiz Həsənov sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sonda sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.