Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında səfərə çıxdılar

21 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin,  mədəniyyətinin,  adət-ənənələrinin,  müstəqillik illərində  əldə edilmiş nəailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəblilərin Respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. Cari il martın 16-19-da və 24-27-də  “Ölkəmizi tanıyaq” devizi ilə iki mərhələdə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub. Məktəblilər  Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı,  Lerik,  İsmayıllı,  Qəbələ, Şəki, Quba, Qusar və Xaçmazda tarixi və mədəniyyət abidələri,  yerli adət-ənənələrlə tanış olub,  bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, gənclər mərkəzlərinə,  Bayraq meydanlarına,  rəsm qalereyalarına, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçiriblər. Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər,  gənclərimizə Ümummilli  Lider Heydər Əliyevin  rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

Keçidlər