Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin I rübün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi

15 aprel 2016 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı R.Ş.Həsənovun aprel ayının 15-də rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisə rəhbərlərinin, icra nümayəndəliklərinin iştirakı ilə keçirdiyi geniş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etmişdir.       
İclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun məruzəsi dinlənilmişdir. Rayon rəhbəri məruzəsində göstərdi ki, ölkə başçısının qeyd etdiyi kimi, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib.
Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri N.Mönsümov Zəngilan RİH-də cari ilin I rübündə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və tədbirlərdən danışdı və bildirdi k, Rayon İcra Hakimiyyəti respublikanın 47 şəhər və rayonunda məskunlaşan, mövcud vəziyyətə 43 mindən artıq əhalini əhatə edən 22 şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinə, həmçinin rayonda ictimai-siyasi sabitliyə nəzarət etmişdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş növbəti Dövlət Proqramının icrası istiqamətində yaranmış şəraitə uyğun görülən işlərin nəticəsi və ötən illərin davamı olaraq birinci rübdə 56 yeni iş yeri açılmış, əhalinin məşğulluğunun artırılmasına önəm verən sahibkarlığın dəstəklənməsinə mövcud vəziyyət baxımından diqqət yetirilmiş, ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı tapşırığına və müvafiq Fərmanına uyğun olaraq Rayon İcra Hakimiyyətində bu məsələləri tənzimləyən qərargah, Apellyasiya Şurası və Katibliyi yaradılmışdır.
Məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluğun artırılması məsələsi üzrə Dövlət Proqramında və Proqrama əlavələrdə icrası nəzərdə tutulmuş tədbirlərlə bağlı ötən illərdə olduğu kimi cari ilin I rübündə də bəzi işlər görülmüş, fərdi şəkildə köçürülmüş 25-ə yaxın məcburi köçkün ailələrin mənzil şəraitləri yaxşılaşdırılaraq  Sabirabad rayonu ərazisində tikilmiş yeni mənzillərə köçürülmüş, məcburi köçkün ailələrin müraciətləri əsasında üzləşdikləri çoxsaylı problemlərin qaydaya qoyulmasına müvafiq köməklik edilməklə, ağır şəraitdə yaşayan 10-dan çox köçkün ailəsinin yaşayış şəraitlərinin cari təmir hesabına qismən yaxşılaşdırılması üçün onlara Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına maddi yardım edilmişdir.
Öz işini Rayon İcra Hakimiyyətinin tələbinə uyğun quran rayon Məşğulluq Mərkəzinin fəaliyyətinə diqqət yetirilmiş, əmək qabiliyyətli işsiz məcburi köçkün sakinlərin mərkəzin xətti ilə müxtəlif sahələrdə işə cəlb edilməsi istiqamətində iş aparılmış, 2016-cı ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı artmış, 79 nəfəri gənclər və 44 nəfəri qadınlar olmaqla müraciət edən 216 nəfər iş axtaran sakin mərkəzdə qeydə alınmış, iş axtaranlardan 34 nəfəri mərkəzin göndərişi ilə müxtəlif  dövlət qurumları tərəfindən münasib işlə təmin edilmiş, 20 nəfər gənc dövlət təminatı ilə «Kompüter istifadəçisi» kursuna göndərilmiş, 38 nəfərə işsizlik statusu verilmiş, 40 nəfərə müavinət təyin edilmişdir.
Rayon Mərkəzi Xəstəxanasının, Rayon Təhsil və Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətlərindən danışan natiq, cari ilin I rübündə bu sahələrdə də aparılan işlərin  RİH-nin diqqət mərkəzində olduğunu qeyd etdi.
Çoxsaylı müraciətlərin ünvanlandığı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində vətəndaşların qəbuluna diqqətlə yanaşılmış, rüb ərzində 73 ailəyə, yəni 280 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmiş, 10 nəfər ahıl  yaşlı, əlil  və digər imtiyazlı sakinlərə sanatoriya putyovkası verilmiş, 78 nəfər tənha və ahıl şəxslərə sosial xidmət göstərilməklə 15 nəfər tənhaya  daxili imkanlar hesabına maddi yardım edilmiş, DSMF rayon şöbəsində əhalinin həssas təbəqəsi olan 5340 nəfər pensiyaçıya xidmət göstərilmiş, rüb ərzində 1017,8 min manat məbləğində pensiya ödənilmişdir.
Bu ilin birinci rübündə vətəndaşlardan, keçən ilin eyni dövrü ilə müqayisədə sayı xeyli az olmaqla 100 ərizə daxil olmuş, ötən illərin ənənəsi əsas götürülərək daxil olmuş ərizələrin, ev, torpaq verilməsi və Dövlət Proqramından əlavə köçürmə məsələləri istisna olmaqla, icrası vaxtında təmin edilmiş, müvafiq ərizə və şikayətlərə tələb olunan maarifləndirmə və izahat verilmiş, RİH-nə ünvanlanmış ərizələrin 87%-i müsbət həllini tapmış, tənha sakinlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin, pensiyaçıların və digər həssas təbəqənin müraciətlərinə diqqətlə yanaşılaraq, onların qaldırdıqları bu və ya digər məsələ ətrafında lazımi tədbir görülmüşdür.
Səyyar görüş və qəbulların mütəmadi olaraq nəzərdə tutulmuş vaxtlarda keçirilməsi davam etdirilmiş, birinci rübdə müxtəlif məskunlaşma yerlərində 10 səyyar görüş keçirilmiş, görüşlərdə 772 nəfərin görüşə qatılması ilə sakinlər tərəfindən qaldırılmış müxtəlif xarakterli 26 müraciətdən 13-ü müsbət həll edilmiş, qalan müraciətlərə yerində hüquqi izahat verilmişdir.
Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) proqramının normal işinə nəzarət edilmiş, rayon üzrə müvafiq iqtisadi göstəricilərin,  xarici dövlətləri təmsil edən nümayəndələrin və səfirlərin qəsəbədə keçirdikləri görüşləri, digər tədbir və məlumatların, vaxtında müvafiq formalar üzrə tələb olunan qaydada hazırlanıb server mərkəzinə göndərilməsi işi davam etdirilmiş, bu istiqamətdə aparılan işlərin ardıcıl çıxan «Zəngilanın səsi» rayon qəzeti vasitəsilə rayon əhalisinə çatdırılması təmin edilmişdir.
RİH-nin başçısı tərəfindən rüb ərzində aparatda 66 nəfər qəbul edilmiş, şəhid ailələri, Qarabağ əlilləri, tənha və müharibə veteranlarına diqqətlə yanaşılmış, müraciətlərdə qaldırılan məsələlərdən mənzil və torpaq məsələsi, həmçinin yaş senzi ilə bağlı iş məsələsi istisna olmaqla, qalan məsələlər əsasən müsbət həllini tapmışdır.
Rüb ərzində icra hakimiyyəti başçısının Xeyriyyə Fondundan 6 şəhid ailəsinə, 21 nəfər Qarabağ əlilinə, 23 aztəminatlı və ailə üzvü xəstə olan ailələrə,  ümumilikdə 50 nəfər məcburi köçkünə yardım edilmiş, evi yanan 2 ailəyə müvafiq maddi köməklik edilmiş, 9 imkansız məcburi köçkün ailəsinin müraciətləri əsasında mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Xeyriyyə Fondundan köməklik olunmuş, yası düşmüş 12 ailənin yas mərasiminin keçirilməsinə lazımi maddi yardım edilmişdir.
Məruzənin yekununda Hüquq-mühafizə orqanları rəhbərlərinin işinin təqdirəlayiq olduğu vurğulandı.
Məruzə ətrafında müzakirələrdə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru H.Ələkbərov, Rayon Statistika İdarəsinin rəisi F.Şəxəliyev, Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə C.Qəniyev çıxış etdilər.
Müzakirəyə RİH-nin başçısı R.Həsənov yekun vuraraq, həlli zəruri olan mühüm məsələləri diqqətə çatdırdı və zəngilanlıların möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı uğurlu siyasətin tələbinə uyğun quracaqlarına əmin olduğunu bildirdi.

Keçidlər