Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan rayonu Günəşli sanatoriyasında yaşayan zəngilanlı məcburi köçkünlər ilə səyyar görüş

01 aprel 2016 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müxtəlif bölgələrdə məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə səyyar görüşləri davam edir. Mütəmadi olaraq keçirilən səyyar görüşlərdən biri də 01 aprel  2016-cı il tarixində Mərdəkan rayonu Günəşli sanatoriyasında oldu. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon  hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə əldə edilmiş nəailiyyətlər, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, qaçqın və məcburi köçkünlərin daima dövlətin diqqət mərkəzində  olduğunu qeyd etdi. Daha sonra RİH-nin başçısı sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Görüşdə sakinlər onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Belə ki, məskunlaşdıqları ərazidə içməli su xəttinin yaşadıqları yerdən kənarda olduğunu bildirərək həyətlərinə çəkilməsi, ərazidəki xeyir-şər yerinin təmir olunmasına köməklik göstərilməsi barədə müraciətlər  qaldırıldı.  Məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verən rayon rəhbəri müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirdi.

Keçidlər