Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimiz qürurumuzdur!

05 aprel 2016 | 16:00

Aprelin 4-də cəbhədə düşmənlə gedən döyüşdə Zəngilan rayonu, Çöpədərə kənd sakini Müşfiq Arif oğlu Orucov şəhid oldu. 22 yaşlı Müşfiq Orucovun üçrəngli bayrağımıza bürünmüş cənazəsi Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında böyük izdihamla torpağa tapşırıldı.
Şəhidin dəfn mərasimində  Zəngilan və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatı, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək döyüşdə şəhid olan əsgərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi və bildirdi ki, doğma yurdlarımız tezliklə Müşfiq kimi qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunacaq.
Şəhidin cənazəsinin üzərinə salınan üç rəngli bayraq atasına təqdim edildi. Dəfn mərasiminin sonunda şəhidin ruhuna ehtiram əlaməti olaraq havaya yaylım atəşi açıldı. Allah rəhmət eləsin!

Keçidlər