Şriftin ölçüsü :

Saytın rəngi :

19.01.2023-cü il tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyevin Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi .

19 yanvar 2023 | 11:41

19.01.2023-cü il tarixdə Zəngilan rayon icra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu ilə bir qrup rayon ziyalılarının görüşü keçirildi. Görüşdə Zəngilan rayon icra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev və rayon ziyalıları iştirak etdilər.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Daha sonra  çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev   Prezident İlham Əliyevin tapşırığı əsasında azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışaraq, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq dövlət proqramlarının işlənib hazırlandığını qeyd etdi.

Sonda tədbir iştirakçılarının təklifləri və fikirləri dinlənilərək geniş müzakirələr aparıldı.

Keçidlər