Novruz bayramının Yel çərşənbəsi qeyd edildi
08 mart 2016 | 16:00
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə mart ayının 8-də Sabirabad rayonu, Rüstəmli kəndində zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə Novruz bayramının 3-cü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edildi.
Novruz bayramının özənəməxsus xüsusiyyətlərini və adət-ənələrini əks etdirən atributların yer aldığı bayram tədbirində ənənəvi bayram tonqalı yandırıldı. Bayram şənliyi incəsənət ustalarının, Zəngilan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin kollektivinin təqdim etdikləri bayram konserti ilə davam etdi.