19 sentyabr 2023-cü il tarixdə Nizami rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
19 sentyabr 2023 | 16:08
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 19 sentyabr 2023-cü il tarixdə Nizami rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan bütün məsələlər nəzarətə götürüldü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırıldı və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.