Şriftin ölçüsü :

Saytın rəngi :

19 mart 2025-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Novruz” şənliyi keçirildi.

19 mart 2025 | 15:55

Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir.

Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə işğaldan azad olunmuş yurdumuzun hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

19 mart 2025-ci il tarixdə Zəngilan rayon 4 nömrəli tam orta məktəbin qarşısında Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Aparatın məsul əməkdaşları, YAP Zəngilan rayon təşkilatı, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyəti, tanınmış ziyalılar, şəhid ailələri, qazilər və müharibə veteranları,  QHT rəhbərləri, ictimai təşkilatların rəhbərləri iştirak etdi.

Meydanda yerləşdirilən səməni, eləcə də Novruzun əsas personajları olan Bahar qızı, Keçəl, Kosa, cəngavərlər, kəndirbazların göstərdikləri səhnəciklər şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş etdilər.

Bayram şənliyi mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng  konsert proqramları ilə davam etdi.

Sonda rayon ağsaqqalları ənənəvi bayram tonqalını yandırdılar.

Keçidlər