Şriftin ölçüsü :

Saytın rəngi :

19 dekabr 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

19 dekabr 2023 | 16:27

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 19 dekabr 2023-cü il tarixdə Yasamal rayonunda məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, köç prosesi zamanı Məmmədbəyli kəndinə ilk köç siyahısına əlavə olunma, vahid aylıq müavinətin bərpa olunması,təsərrüfat ayrılması barədə oldu.

Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq  tapşırıqlar verildi. 

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

 

Keçidlər