Şriftin ölçüsü :

Saytın rəngi :

İsveç Respublikasının Azərbaycandakı səfiri Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınan yaşayış massivində oldu

01 aprel 2016 | 16:00

İsveç Respublikasının Azərbaycandakı səfiri İnqrid Tersman Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınan yaşayış massivinə səfər etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov səfirə məcburi köçkün ailələri üçün salınan yaşayış massivi haqqında məlumat verərək, köçkünlüyün yaratdığı problemlər, onun aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan genişmiqyaslı tədbirlər, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışdı.
İnqrid Tersman  səfər zamanı əvvəlcə ərazidə yerləşən 33 nömrəli Zəngilan rayon tam orta məktəbində şagirdlərin təhsili üçün yaradılan şəraitlə, sonra isə “Şəfəq” uşaq bağçası ilə tanış oldu.
Daha sonra ərazidəki məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə maraqlanmaq məqsədilə səfir Zəngilan rayonunun məcburi köçkün ailələrindən birinin-Vəli Quliyevin mənzilində oldu. Ev sahibi məcburi köçkünlər üçün yaradılan yüksək şəraitdən razı qalsalar da ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırdı.

Keçidlər