Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi

31 mart 2016 | 16:00


Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, rayon  hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.
  İlk öncə soyqırıma məruz qalmış soydaşlarımızın  və şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
  Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı 1918-ci ildə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrdən, tarix boyu ermənilərin öz havadarlarına söykənərək azərbaycanlılara qarşı təcavüzkar siyasət yeritdiklərindən, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən bu hadisələrə hüquqi qiymət verilməsindən bəhs etdi. Və qeyd etdi ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın haqq səsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul edilir.
Zəngilan rayon 33 saylı orta məktəbin tarix müəlliməsi E. Həsənova,  rayon Təhsil şöbəsinin müdiri Z. İbrahimov geniş məruzə ilə çıxış edərək, XX əsrin ən faciəli və dəhşətli səhifələrindən olan soyqırımın tarixi aspektlərinə toxundular. Zəngilan rayon Yeni Azərbaycan Partiyasının sədri Ə.Hüseynov çıxışında Azərbaycan xalqının başına gətirilən müsibətlərin xatırlanması və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışdı.

Keçidlər