Növbəti yubiley qeyd edildi
10 mart 2016-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində işinə bağlılığı, bacarığı, vicdanlı xidməti ilə rayon ictimaiyyətinin dərin hörmətini qazanmış rayon ziyalısı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Möhübbət Səmədovun 55 illik yubileyi qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yubiliyarı ürəkdən təbrik edərək, ən xoş arzularını çatdırdı. Möhübbət Səmədovun əmək fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri onun iş üslubu, təşəbbüskarlığı ilə seçildiyini bildirdi. Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan Rayon İcra Hakimiyyətinin məsul işçiləri Seyfəddin Paşayev, Nizami Mönsümov, Xanım Rüstəmova, Ceyhun Həsənov, Dilşad Həsənova, Murad Rəhimov da Möhübbət müəllimə ən səmimi arzularını bildirdilər, onun müsbət mənəvi keyfiyyətlərindən, xidmətlərindən söz açdılar.
Sonda yubiliyar deyilən xoş sözlərə, təbriklərə görə, ona və kollektiv üzvlərinə göstərilən böyük diqqət və ehtirama görə minnətdarlığını bildirdi.