Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbul-görüşü Abşeron rayonu, Novxanı qəsəbəsi, Əsgər Abdullayev küçəsində yerləşən yataqxanada keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları və rayon sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək sakinləri salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Daha sonra Zəngilan RİH-nin başçısı Ramiz Həsənov sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Rayon sakinlərindən Nəcəfova Dilarə, gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirərək, köməklik olunmasını xahiş etdi.
Hüsüyev Əbil, nəvələrinin yemək xərci müavinəti almadığını bildirərək, bu barədə müvafiq izahat verilməsini xahiş etdi.
Məmmədəliyev Murad, işsiz olduğunu bildirərək, işlə təmin olunmasına köməklik olunmağını xahiş etdi.
Məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verən rayon rəhbəri müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirdi.
Sonda Kərimov Tofiq, ərazidə məskunlaşan sakinlər adından məcburi köçkünlərə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdi.