Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Milli Müstəqilliyimiz Mənəvi Gücümüzdür” mövzusunda tədbir keçirildi

16 oktyabr 2026 | 16:22

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Zəngilan RİH başçısı aparatının inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun, YAP Zəngilan rayon təşkilatının, aparatın məsul əməkdaşlarının, idarə-müəssisə rəhbərlərinin və rayon ağsaqqallarının iştirakı ilə tədbir keçirildi.

Tədbir  Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlandı.

Tədbiri giriş sözü ilə açan  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilib və keçirilməkdə davam edir.

Tədbirdə mövzu ilə bağlı RİH başçısı aparatının ərazi-təşkilat məsələləri sektorunda şöbə müdirinin müavini –sektor müdiri  Şənlik Əliyev məruzə ilə çıxışında tarixi keçmişdə Azərbaycanın başına gələn müsibətlərdən, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əldə olunan nailiyyətlərdən və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs etdi.

Məruzədən sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Rayon Tarix diyarşünaslıq muzeyinin drektoru Nərmin Fərəcli,   Zəngilan rayon 28 nömrəli tam orta məktəbin tarix müəllimi Natiq Orucov öz çıxışlarında Vətən müharibəsində qazanılan böyük Qələbədən bəhs edərək bidirdilər ki, özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!

Tədbir Dövlət Müstəqilliyinin Bərpası Günü   ilə əlaqəli videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşdı.

Keçidlər