Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart 2024-cü il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Novruz” şənliyi keçirildi.

18 mart 2024 | 15:57

18 mart 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından olan “Novruz” bayramı tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov, rayonun hüquq-mühafizə orqanlarının və rayon icra hakimiyyətinin məsul əməkdaşları, YAP Zəngilan rayon təşkilatı, idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, rayon ictimaiyyəti, tanınmış ziyalılar, şəhid ailələri, qazilər və müharibə veteranları, QHT və ictimai təşkilatların rəhbərləri iştirak etdi.

Bayram şənliyində türk xalqlarının milli adət-ənənələri, bayram süfrələri, rayonun idmançılarının müxtəlif idman nümunələri böyük maraq doğurdu. “Novruz”un əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, kəndirbazların göstərdikləri səhnəciklər tamaşaçılarda xoş ovqat yaratdı. Bayram şənliyi mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng  konsert proqramları ilə davam etdi.

Sonda rayon ağsaqqalları ənənəvi bayram tonqalını yandırdılar.

Keçidlər