18 mart 2024-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
18 mart 2024 | 18:22
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 18 mart 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.