Şriftin ölçüsü :

Saytın rəngi :

18 mart 2023-cü il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz şənliyi keçirildi

18 mart 2023 | 14:23

Respublikanın bütün rayonlarında olduğu kimi Zəngilan rayonunun bütün idarə, müəssisə və təşkilatlarında da Novruz bayramı silsilə tədbirlərlə qeyd olunur. Zəngilan rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibəti ilə 18 mart 2023-ci il tarixdə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində ümumrayon bayram şənliyi keçirildi. Tədbirdə Milli Məclisin deputatı İmamverdi İsmayılov, Zəngilan rayon İcra hakimiyyətinin başçısı, RİH əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsisə, təşkilat rəhbərləri, icra nümayəndəliklərinin əməkdaşları, rayon ictimaiyyəti iştirak etdi.

Bayram şənliyində türk xalqlarının milli adət-ənənələri, bayram süfrələri, rayonun idmançılarının müxtəlif idman nümunələri böyük maraq doğurdu. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, kəndirbazların göstərdikləri səhnəciklər tamaşaçılarda xoş ovqat yaratdı. Ulu Dədə Qorqud və Bahar qızı Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etdi. Bayram şənliyi mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng  konsert proqramları ilə davam etdi.

Sonda rayon ağsaqqalları qazilər ilə birlikdə ənənəvi bayram tonqalını yandırdılar.

Keçidlər