18 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılaraq, həll olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Zəngilan Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. Səyyar qəbul qrafikinə əsasən RİH başçısının növbəti səyyar görüşü 18 aprel 2023-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ölkəmizdə aparılan uğurlu siyasətdən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və inkişaf olmasın.
Sonda sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.