Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirildi

25 fevral 2016 | 16:00

25 fevral tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində fəaliyyət göstərən rayon Mədəniyyət və Turizm Şöbəsinin klubunda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı  tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri, ərazi nümayəndələri və rayon sakinləri iştirak etdilər.
İlk öncə Zəngilan məktəblilərinin Xocalı soyqırımında baş vermiş hadisələrin dəhşətli anlarını əks etdirdikləri rəsmlərin sərgisinə baxış keçirildi.
Bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra İrəvan Dövlət Dram teatrının hazırladığı, tarix boyu erməni terrorçularının Azərbaycan və Türk xalqlarına qarşı insanlığa xas olmayan vəhşiliklə törətdikləri soyqırımın tarixindən, 26 fevral 1992-ci ildə Xocalıda baş vermiş qətliamda törədilən ağır cinayətlərdən  bəhs edən  “Soyqırımı tarixinin dastanı”  adlı tamaşa nümayiş olundu.

Keçidlər