Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ziyalılarına diqqət

22 fevral 2016 | 16:00

Xalq üçün çalışmaq, səmimi xidmət etmək insanın mənəvi aləmindən qaynaqlanır. Yüksək əxlaqi keyfiyyətləri ilə seçilən belə insanlar diqqət və qayğı ilə əhatə olunduqda əziyyətlərinin hədər getmədiyini, özlərinin cəmiyyət üçün dəyərli, lazımlı olduğunu hiss edir, daha böyük həvəslə çalışmağa səy göstərirlər.
22 fevral 2016-cı il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində əhaliyə səmimi və vicdanla xidmət etməklə rayon ictimaiyyətinin dərin hörmət və ehtiramını qazanmış rayon ziyalıları, Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ramilə Vəliyеvanın və Bartaz кənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəhribar Bəşirоvun 55 illik yubileyləri təntənəli şəkildə qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yubiliyarları ürəkdən təbrik edərək, hər iki icra nümayəndəsinin əmək fəaliyyətlərindən danışdı.  Rayon rəhbəri onların şərəf və ləyaqətlə çalışdığını, vətəndaşların müraciətlərinin müsbət həllində böyük əmək sərf etdiklərini qeyd edərək, xidmətlərini yüksək qiymətləndirdi. Yubiliyarlara gül dəstələri və hədiyyələr təqdim olundu.
Təbriklərə qoşulan başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seyfəddin Paşayev, başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ceyhun Həsənov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Murad Rəhimov da  Ramilə  xanımın və Bəhribar müəllimin ömür yolundan, onların gördüyü işlərdən danışaraq, əldə etdikləri nəaliyyətləri sadaladı və hər birinə möhkəm can sağlığı arzuladılar.
Tədbirin sonunda yubiliyarlar rayon rəhbərliyinə ziyalılara, dövlət qulluqçularına göstərilən diqqət və qayğıya, yubileylərin, əlamətdar günlərin və digər tədbirlərin yüksək səviyyədə qeyd olunduğuna görə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər