Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Şirvan şəhərində yaşayan zəngilanlı məcburi köçkünlər ilə görüşdü

09 fevral 2016 | 16:00

2016-cı ilin fevralın 9-da Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun Şirvan şəhəri, Gülbaba Şıxbaba oğlu küçəsi, keçmiş Uzaq Rabitə Avadanlıqları zavodunun binası və ətraf ərazilərdə  yaşayan zəngilanlı məcburi köçkünlər ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, aparatın məsul işçiləri, rayon  hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Rayon rəhbəri  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verərək, qaçqın və məcburi köçkünlərin daima dövlətin diqqət mərkəzində  olduğunu, mövcud vəziyyətdə dövlət başçısının məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılmasına, əhalinin güzəranının yaxşılaşdırılmasına dair imzaladığı Sərəncamların bu qayğınının  bir təzahürü olduğunu qeyd etdi.
Daha sonra Zəngilan RİH-nin başçısı Ramiz Həsənov sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sakinlər məskunlaşdıqları ərazidə kanalizasiya sularının həyətə axdığını qeyd edərək, məsələnin həllinə, məskunlaşdıqları binanın dam örtüyünün dəyişdirilməsinə, yaşadıqları binanın zirzəmisinə su yığıldığını bildirərək, çəkilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Nuriyev Elman Muxtar oğlu ərazidə məskunlaşan sakinlər adından məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdi.
Birbaşa səmimi dialoq zamanı problemləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq müsbət həll olunacağı vətəndaşların diqqətinə çatdırıldı.
Daha sonra 200 nəfər məcburi köçkün ailəsinə yataq dəsti və geyim əşyaları paylandı, 6 nəfər imkansız və şəhid ailələrinə maddi yardım olundu.

Keçidlər