Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon Gənclər və İdman İdarəsi və “Edu market” Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əylən, öyrən” adlı təlim keçirildi

15 yanvar 2016 | 16:00

Yanvar ayının 15-də Zəngilan rayon Gənclər və İdman idarəsi və “Edu market” Tədris və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Zəngilan rayon 28 nömrəli tam orta məktəbdə  “Əylən, öyrən” adlı təlim keçirildi. Şagirdlərin əylənərək öyrənməsinə, daha çox uğur qazanmasına yardımçı olmaq məqsədi daşıyan təlimdə  7, 8, 13, 22, 24, 28, 29  saylı məktəblərin şagirdləri iştirak etdilər.
Təlimçi Turan Hüseynov öyrənməyin zəruriliyi  və əylənərək öyrənməyin mümkünlüyü haqda çıxış etdi.  Daha sonra dinləyicilərlə praktiki məşğələ - oyunlar keçirilldi və qaliblərə kitab hədiyyə edildi.  8, 22 və 28 nömrəli məktəbin şagirdləri daha fəal iştirak etdilər.
Sonda təlimçi dinləyicilərin suallarını cavablandırdı və onlara dərslərində uğurlar arzuladı.

Keçidlər