AHILLARA QAYĞI GÖSTƏRƏK, TƏCRÜBƏLƏRİNDƏN BƏHRƏLƏNƏK
Rayon icra hakimiyyəti 1 oktyabr-Beynəlxalq Ahıllar günü münasibətilə paytaxtın «Nərgiz» şadlıq sarayında rəsmi və bədii hissəli maraqlı tədbir keçirmişdir.
Tədbiri ön sözlə rayon Ağsaqqallar şurasının sədri Xuduş İskəndərov açmışdır. O, ölkəmizdə ixtiyar yaşlı insanlara göstərilən dövlət qayğısından danışmış, yerlərdə bu diqqət və qayğının bariz nümunəsi kimi rayon icra hakimiyyətinin həyata keçirdiyi işlərin, təşkil etdiyi bayram süfrəsinin, mədəni-kütləvi tədbirin önəmini qeyd etmişdir.
Əlamətdar gündə rayon ağsaqqallarını bir araya gətirmək məqsədilə göstərdiyi təşəbbüskarlığa və təşkilatçılıq səylərinə görə RİH-nin başçısı cənab Ramiz Həsənova dərin minnətdarlığını bildirən şuranın sədri sonda məclisdə əyləşən ahılları, onların şəxsində rayonumuzun və bütün respublikamızın ağsaqqalarını səmimi qəlbdən təbrik etmiş, onlara möhkəm can sağlığı, övlad, nəvə sevinci arzulamışdır.
Sonra söz rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova verilmişdir.O, Beynəlxalq Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını və bütün ixtiyar yaşlıları təbrik edərək demişdir: “Çox hörmətli ağsaqqallar və ağbirçəklər, əvvəla diqqətinizə çatdırıram ki, bu gözəl günü sizinlə keçirməyimdən çox məmnunam. Bayramınız respublikamızın müstəqilliyinin 20 illiyinə geniş hazırlıq görüldüyü əlamətdar bir ərəfədə keçirilir.
Bədii proqramla davam etdirilən, iştirakçılarda xoş ovqat yaradan tədbirə rayon icra hakimiyyətinin başçısı R.Həsənov yekun vuraraq bildirmişdir ki, ölkə rəhbərinin, dövlətimizin apardığı siyasətə uyğun olaraq rayonumuzun ağsaqqal və ağbirçəklərinə bundan sonra da yüksək qayğı, diqqət, hörmət və ehtiram göstəriləcəkdir.