17 yanvar 2023-cü il tarixdə rayon sakinləri ilə növbəti səyyar qəbul keçirildi.
Ölkə rəhbərinin tapşırığına əsasən əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən səyyar görüşlər zamanı əhalini narahat edən problemlər yerindəcə öyrənilir və operativ həll edilir. Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 17 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında Zəngilan rayon sakinləri ilə keçirildi.
Sakinlər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü.