Şriftin ölçüsü :

Saytın rəngi :

17 oktyabr 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.

17 oktyabr 2023 | 18:42

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 17 oktyabr 2023-cü il tarixdə Nərimanov rayonunda  məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.

Qəbula gələn vətəndaşların müraciətləri rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Sakinlərin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürüldü. Müraciətlər əsasən Zəngilan rayonunun Zəngilan şəhəri və Məmmədbəyli kəndləri hazır olanda ilk köç siyahısına adlarının salınması və Zəngilan rayonunda işlə təmin olunma barədə oldu.

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

 

Keçidlər