Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş

24 noyabr 2015 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun səyyar görüşləri rayonun məcburi köçkünlərinin problemlərinin həllində mühim rol oynayır.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, rayon  idarə və müəssisələrinin rəhbərləri də iştirak etdi.
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlər, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.
Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə sakinlərlə görüşlərin səmərəli nəticələrindən danışdı. Belə ki, Zəngilan rayonunun məcburi köçkünlərinin yaşadıqları ərazilərdə keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən bir sıra problemlər öz həllini yerindəcə tapmış və nəticə etibarilə ötən illərə nisbətən müraciət və şikayətlərin sayı daha da azalmışdır.
Daha sonra Zəngilan RİH-nin başçısı Ramiz Həsənov sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə çıxışları dinlədi.
Cəbrayılov Mikayıl Bayram oğlu ayağının amputasiya olduğuna görə  protezlə təmin olunmağını və işlətdikləri məişət qazına görə əlavə borclarının yarandığını bildirərək bununla bağlı köməklik göstərilməsini xahiş etdi. Vəliyeva Qaratel Məmiş qızı evinin dam örtüyünün yararsız vəziyyətdə olduğunu bildirərək təmir-bərpa işlərinin aparılması üçün, İsmayılova Rəfiqə Mehdiqulu qızı maddi durumu aşağı olduğuna görə kömək istədi.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin isə həlli nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər